Sumqayıtda da sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib

Sumqayıtda da sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib

Bakı. Trend:

Sumqayıtda da sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib.

Trend-in məlumatına görə, bunu aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev deyib.

S.Nuriyev bildirib ki, dünyada cərəyan edən proseslərin yeni çağırışlarına uyğunlaşmaq məqsədilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən geniş iqtisadi islahatlar çərçivəsində 2016-cı ildə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikilməsi və həmin binalardan müxtəlif sosial təbəqələrdən olan aztəminatlı, gənc ailələrə güzəştli şərtlərlə mənzillərin əldə edilməsi üçün imkanların yaradılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır:

“Bu vəzifələri layiqincə yerinə yetirmək məqsədi ilə, ilk növbədə, Agentliyin yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi heyəti formalaşdırıldı, zəruri inzibati məsələlər həll olundu. Agentlik tərəfindən güzəştli mənzillərin tikintisi sahəsində mövcud olan dünya praktikası öyrənildi, Türkiyə, Sinqapur, Almaniya, Rusiya və bir çox digər ölkələrin bu sahədə fəaliyyət göstərən aidiyyəti qurumlarının strukturu və iş prinsipləri təhlil edildi. Bu təcrübə nəzərə alınaraq Azərbaycanda sosial mənzillərin tikintisi işinin təşkil olunmasına başlanıldı. Bununla paralel olaraq, ilk layihələrin qısa müddət ərzində reallaşdırılmasını təmin etmək məqsədilə Zati-alilərinizin tapşırığına əsasən Agentliyə Bakı şəhərinin əvvəlcə Yasamal rayonunda sahəsi 11,6 hektar, daha sonra isə Suraxanı rayonunun Hövsan qəsəbəsində 20 hektar torpaq sahələri ayrıldı. Ayrılmış torpaq sahələrində, 2016-cı il dekabrın 24-də Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyuldu.

Möhtərəm Prezident, Sizin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər iki təməlqoyma mərasimində şəxsən iştirakınız bizim üçün böyük şərəf olmaqla yanaşı, aztəminatlı ailələrin mənzil-məişət problemlərinin həlli məsələsinə böyük həssaslıqla və diqqətlə yanaşmağınızın əyani təzahürüdür. Eyni zamanda, Agentliyə göstərdiyiniz bu yüksək etimad bizi ruhlandırır, qarşımızda qoyduğunuz vəzifələrin yerinə yetirilməsində məsuliyyətimizi daha da artırır”.

O qeyd edib ki, 29 çoxmənzilli yaşayış binasından ibarət olan Yasamal Yaşayış Kompleksində 1843 ailənin mənzillə təmin edilməsi planlaşdırılır. Bu da 6 mindən çox insanın mənzil probleminin həll edilməsi deməkdir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik orta təhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir:

“Möhtərəm Prezident, tapşırığınıza uyğun olaraq güzəştli mənzil komplekslərində sakinlərin rahat yaşayışı üçün tələb olunan bütün şərait yaradılır. Hər bir layihədə yaşayış binaları ilə yanaşı, orta təhsil məktəbi, uşaq bağçası, ticarət, məişət və ictimai-iaşə obyektlərinin yerləşdirilməsi öncədən planlaşdırılır. Beynəlxalq təcrübə göstərir ki, sosial mənzil layihələrinin düşünülmüş şəkildə mövcud yol-nəqliyyat infrastrukturuna inteqrasiyası onların uğurlu olmasını şərtləndirir. Zati-alilərinizin təşəbbüsü ilə Bakı dairəvi avtomobil yolunu və Şərifzadə küçəsini birləşdirəcək yeni dördzolaqlı yolun çəkilməsi Yasamal Yaşayış Kompleksinin gələcək sakinləri üçün çox önəmli rol oynayacaq. Həmin yol paytaxtın hər bir istiqamətinə nəqliyyatın çıxışının asanlaşdırılmasını və ictimai nəqliyyatın marşrutlarının optimallaşdırılmasını təmin edəcək.

Hörmətli cənab Prezident, işimizdə rəhbər tutduğumuz əsas sənədlərdən biri olan “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən olunan əsas hədəflərdən biri güzəştli mənzil təminatı sisteminin maliyyə dayanıqlılığının təmin edilməsidir. Bunun üçün dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə Yasamal Yaşayış Kompleksi layihəsi çərçivəsində 3 investisiya müsabiqəsi keçirilib. Müsabiqələrdə qalib gəlmiş şirkətlərlə təşkil olunan dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının inşasına, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin tikintisinə yönəldiləcək. Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır”.

S.Nuriyev deyib ki, Agentliyin ikinci layihəsi - Hövsan Yaşayış Kompleksi 3 minə yaxın mənzildən, 1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasından, xəstəxanadan və digər ictimai obyektlərdən ibarət olacaq: “Burada 10 min nəfərdən çox insanın yaşaması gözlənilir. İlk mənzillərin 2019-cu ilin yay aylarında, yaşayış massivinin isə 2020-ci ildə tam təhvil verilməsi planlaşdırılır. Qeyd olunan yaşayış komplekslərinin tikintisi ilə paralel olaraq, Agentlik növbəti layihələrin reallaşdırılması üçün də zəruri addımlar atır. Yasamal rayonunda güzəştli mənzillərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında Agentliyə Yasamal Yaşayış Kompleksinə bitişik 15,4 hektar əlavə torpaq sahəsi ayrıldı. Hazırda həmin kompleksin genişləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqdadır. Bununla yanaşı, Sumqayıt şəhərində də sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib. Yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən həmin torpaq sahəsinin ayrılması gözlənilir. Agentlik növbəti layihələr üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işini davam etdirir.

Möhtərəm Prezident, Sizin qarşımızda qoyduğunuz məqsədlərdən biri də Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb”.

Agentliyin İdarə Heyətinin sədri vurğulayıb ki, ötən müddət ərzində 8200 nəfərə yaxın vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər: “Bununla yanaşı, vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasına kömək göstərmək məqsədilə müvafiq “ASAN xidmət” mərkəzlərində əməkdaşlarımız tərəfindən xidmət göstərilir.

Bir neçə gün bundan əvvəl kütləvi informasiya vasitələrində Agentlik tərəfindən ilk 260 mənzilin satışı ilə bağlı elan yerləşdirilib. Təsdiqlənmiş qaydalara uyğun olaraq, mənzillərin güzəştli şərtlərlə satışı elan dərc edildikdən bir ay sonra “Güzəştli mənzil” elektron sistemi vasitəsilə başlanacaq. Satış dünya praktikasında geniş tətbiq olunan “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında həyata keçiriləcək. Belə ki, satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edəcək”.

O əlavə edib ki, satışa çıxarılacaq güzəştli mənzillər yerləşdiyi ərazidə mövcud olan bazar qiymətlərindən aşağı qiymətə təklif olunmaqla yanaşı, eyni zamanda, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 30 ilədək uzunmüddətli güzəştli kreditinin alınması vasitəsilə əldə edilə bilər. İpoteka kreditlərinin alınması prosesinin qısa müddət ərzində və rahat keçməsinə dair İpoteka və Kredit Zəmanət Fondu, habelə seçilmiş agent banklarla razılıq əldə edilib, müvafiq müqavilələr imzalanıb.

Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
Kapital Bank bayram günləri xidmət göstərəcək
Loading Bars
Xəbər lenti
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Bütün xəbərlər