...

Azərbaycanlı tələbələr Hindistanda xüsusi təqaüd alacaq

Cəmiyyət Materials 10 Aprel 2018 10:43 (UTC +04:00)
Hindistan Höküməti Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində ölkənin yüksək səviyyəli institutlarında müxtəlif təlim kursları üzrə tam maliyyələşdirilən təqaüd təklif edir.
Azərbaycanlı tələbələr Hindistanda xüsusi təqaüd alacaq

Bakı. Trend:

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ali təhsil, tələbə mübadiləsi və təqaüd sahələrində iki ölkə arasında əməkdaşlığa dair məsələləri müzakirə edilib.

Səfir Sanjay Rana Hindistan Mədəni Əlaqələr Şurasının (HMƏŞ) nümunəvi azərbaycanlı tələbələrə bakalavr, magistr və doktorantura proqramları üzrə təqaüdlər təklif etdiyini qeyd edib.

Hindistan Höküməti həmçinin, Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində ölkənin yüksək səviyyəli institutlarında müxtəlif təlim kursları üzrə tam maliyyələşdirilən təqaüd təklif edir.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində (ADU) hind dili müəlliminin iştirakı ilə "Hindistan Mərkəzi" fəaliyyət göstərir. Azərbaycanın digər universitetlərində əlavə hind dili və sanskrit kafedralarının təsis edilməsinə dair planlar var.

Görüşdə həmçinin Qoşulmama Hərəkatına üzv ölkələr üçün yeni elan olunmuş təqaüd proqramı çərçivəsində Azərbaycanın iki hindistanlı tələbəyə təqaüd təklif etməsi haqqında məlumat verilib.

Hindistan səfiri aid olduğu qurumun, daha çox azərbaycanlı tələbələrin Hindistana, xüsusilə də bakalavrdan sonrakı təhsil üzrə cəlb edilməsi üçün "Hindistanda Təhsil" broşürasını hazırladığını qeyd edib.

Hindistanın tibb, mühəndislik, əczaçılıq, informasiya və rabitə texnologiyası, jurnalistika, kənd təsərrüfatı və s. kimi sahələrdə mükəmməl kurslar üzrə yüksək səviyyəli təhsil təklif edən çoxsaylı institutları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti