...

Azərbaycan Universitetində “Xalq Cümhuriyyəti" auditoriyası yaradılıb

Cəmiyyət Materials 12 Aprel 2018 17:52 (UTC +04:00)
Azərbaycan Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası” yaradılıb.
Azərbaycan Universitetində “Xalq Cümhuriyyəti" auditoriyası yaradılıb

Bakı. Trend:

Azərbaycan Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti" auditoriyası yaradılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, auditoriya mühazirə, seminar, dəyirmi masa və diskussiyaların təşkili, film və bənzəri rəqəmsal materialların nümayiş olunması üçün zəngin texniki avadanlıqla təchiz olunub.

Auditoriyada AXC dövrünü tədqiq edən, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və mübarizəsini, cümhuriyyət parlamentinin və hökumətinin dövlət və ordu quruculuğu, xarici siyasət sahəsində görülmüş işləri, həmçinin 1918-1920-ci illərdəki ictimai, siyasi, iqtisadi, mədəni həyatı və başqa bu kimi məsələləri əks etdirən kitablar, müxtəlif nəşrlər və digər əyani vəsaitlər, o cümlədən müsəlman şərqində və türk tarixində ilk parlamentli demokratik respublikanın ideoloq və qurucularının fotoları yerləşdirilib.

Auditoriyanın yaradılması Universitet rəhbərliyi və kollektivinin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri, müasir dövlətçiliyimizin hüquqi, siyasi və ideoloji əsaslarını müəyyənləşdirən Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucularına, həmçinin dövlətçilik tariximizə dərin hörmət və yüksək ehtiramının ifadəsidir.

Qeyd edək ki, Azərbaycan Universitetində Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq sərəncamına uyğun olaraq dövlətçilik tariximizin və ənənələrimizin öyrənilməsi və təbliğ olunması istiqamətində silsilə tədbirlər, konfrans, dəyirmi masa və mühazirələr təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti