...

Dağınıq skleroz xəstələrinin müalicəsi ilə bağlı yeni sənəd hazırlanacaq

Cəmiyyət Materials 23 Aprel 2018 09:50 (UTC +04:00)
Azərbaycanda dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokollar hazırlanacaq və tətbiq ediləcək.
Dağınıq skleroz xəstələrinin müalicəsi ilə bağlı yeni sənəd hazırlanacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokollar hazırlanacaq və tətbiq ediləcək.

Trend-in məlumatına görə, səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyevin imzaladığı "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər planına əsasən, klinik protokollar 2019-cu ildə hazırlanaraq tətbiq ediləcək.

Bununla yanaşı, 2018-2022-ci illərdə dağınıq skleroz xəstəliyinin mərhələsinin müəyyənləşdirilməsi məqsədilə tibb müəssisələri zəruri laboratoriya avadanlığı ilə və reaktivlərlə təmin ediləcək.

Qeyd edək ki, klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Klinik protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti