...

Azərbaycanda narkotiklərlə bağlı cinayətləri əsasən 30 yaşdan sonra törədirlər

Cəmiyyət Materials 30 Aprel 2018 23:00 (UTC +04:00)
2018-ci ilin 3 ayı ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri açıqlanıb.
Azərbaycanda narkotiklərlə bağlı cinayətləri əsasən 30 yaşdan sonra törədirlər

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Trend-ə verilən məlumata görə, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 887 fakt aşkar edilib.

Onlardan 304-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil edilib.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kq 631,681 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və o cümlədən 160 ədəd çətənə kolu müsadirə olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 493 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarı, o cümlədən 4-ü fəhlə, 420-si işləməyənlər, 1-i kənd təsərrüfatı işçisi, 1-i vəzifəli və ya maddi məsul şəxs, 177 nəfəri əvvəllər cinayət törətmiş şəxslər, 489-u kişilər, 4-ü qadınlar, 8 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 1500 qrama yaxın narkotik vasitə və psixotrop maddələr götürülüb.

Əcnəbilərdən 3-ü Rusiya, 2-i İran, 2-i Ukrayna, 1-i isə Türkmənistan vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti