Dövlət Komitəsi: Təəssüf ki, “Yehovanın Şahidləri” dini icması yaradılan şəraitdən sui-istifadə etməyə çalışır

Dövlət Komitəsi: Təəssüf ki, “Yehovanın Şahidləri” dini icması yaradılan şəraitdən sui-istifadə etməyə çalışır

Bakı. Elçin Mehdiyev - Trend:

Təəssüf ki, “Yehovanın Şahidləri” dini icması yaradılan şəraitdən sui-istifadə etməyə çalışır.

Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov qeyd edib: "ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatında “Yehovanın Şahidləri” dini icmasının heç bir hüquqi statusu olmaması və onun ardıcıllarının daim təzyiqlərlə üzləşməsi iddiasının əsassızlığını dəfələrlə sübut etsək də, həmin iddia hər il sözbəsöz təkrar olunur. Belə ki, “Yehovanın Şahidləri” dini icması 2002-ci ildə DQİDK-da dövlət qeydiyyatına alınıb və həmin icmanın qeydiyyatı bu günə qədər hüquqi qüvvəsini qoruyur. Yəni “Yehovanın Şahidləri” dini icmasının hüquqi statusunun olmaması barədə iddia tamamilə uydurmadır. Bununla yanaşı, “Yehovanın Şahidləri” dini icması qanunvericiliyin tələblərinə riayət etdiyi təqdirdə, onun fəaliyyəti üçün heç bir məhdudiyyət yaradılmır. “Yehovanın Şahidləri” dini cərəyanında olduqca əlamətdar dini bayram sayılan İsa Məsihin ölümünün anım günü və ya həmin dini icma üçün böyük əhəmiyyət kəsb edən regional tədbirlər dediklərimizi təsdiq edir. Belə ki, hər il DQİDK-ya həmin dini icma tərəfindən misal çəkdiyim dini yığıncaqların keçirilməsi üçün müvafiq şəraitin yaradılması ilə bağlı müraciətlər daxil olur. Tərəfimizdən isə qanunla nəzərdə tutulmuş qaydada “Yehovanın Şahidləri” dini icmasına müvafiq köməklik göstərilir, hüquq-mühafizə orqanları isə həmin icma üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görürlər. Bütün bunlar isə “Yehovanın Şahidləri” dini icması tərəfindən rəğbətlə qarşılanır. Hətta həmin dini icma yaradılmış şərait üçün DQİDK-ya təşəkkür məktubu göndərib".

Dövlət Komitəsinin sədr müavini bir önəmli məqama da toxunub: "DQİDK-nın razılığı əsasında ölkəyə ən çox dini ədəbiyyat idxal edən məhz “Yehovanın Şahidləri” dini icmasıdır. Bütün bu faktlar isə onu göstərir ki, “Yehovanın Şahidləri” dini icmasına qarşı hər hansı qərəzli mövqe göstərilmir. Lakin təəssüf ki, “Yehovanın Şahidləri” dini icması yaradılan şəraitdən sui-istifadə etməyə çalışır, qanunvericiliyin tələblərini müntəzəm pozaraq hüquqi ünvandan kənarda respublikamızın müxtəlif bölgələrində qanunsuz dini yığıncaqlar keçirməyə çalışır. Təbii ki, bütün bu qanunsuz əməllərin qarşısı alınaraq inzibati tədbirlər görülür. DQİDK-da həmin dini icmanın yerli liderləri və xaricdəki rəhbərləri ilə dəfələrlə görüş keçirilib, mövcud problemlər müzakirə olunub və onlara öz dini fəaliyyətlərini qanuna uyğun şəkildə tənzimləmək tövsiyə edilib. Buna baxmayaraq, hələ də bu icmanın fəaliyyətində neqativ hallar müşahidə olunur. Belə təəssürat yaranır ki, “Yehovanın Şahidləri” dini icmasının xaricdəki mərkəzində olan bəzi dairələr məqsədli şəkildə yerli dini icma ardıcıllarını qanun pozuntusuna yönəldirlər ki, Azərbaycan dövlətinin müvafiq dövlət orqanları tərəfindən onlara qarşı inzibati-profilaktik tədbirlər görülsün və həmin hallar sonradan hesabatda qabardılsın, beləliklə, “Yehovanın Şahidləri” məsələsi ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunsun. Halbuki birmənalı olaraq bildirirəm ki, Azərbaycanda dini və etiqadi mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Yalnız insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan din və dini cərəyanların yayılması və təbliği qadağandır. Bu prinsiplər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub".

S.Heydərovun sözlərinə görə, dövlətimizin elan etdiyi prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər hansı dini cərəyanın inanc əsasları ümumbəşəri dəyərlərə zidd deyilsə, hər hansı dini cərəyanın mənsubları qanunauyğun şəkildə fəaliyyət göstərməyə çalışırlarsa, onda onların fəaliyyətinə heç bir məhdudiyyət yaradıla bilməz: "Yəni dövlətimizdə kiminsə inancı müzakirə predmeti sayıla bilməz, burada vicdan və dini etiqad azadlığı prinsipi əsas götürülür".

AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
Azərbaycanda qaz hasilatı artıb
Azərbaycanda qaz hasilatı artıb
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
Loading Bars
Xəbər lenti
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb
“Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrindən kənarda qalmaqdan ehtiyat edirlər
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
Bütün xəbərlər