...

Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 2 May 2018 21:33 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində 189-190 №li orta məktəbinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADMİU-nun tələbələri və 189-190 №li orta məktəbinin şagirdləri çıxış ediblər.

Tələbələrin ifasında Tofiq Quliyevin, Emin Sabitoğlunun, Cahangir Cahangirovun, Müslüm Maqomayevin, Sevil Əliyevanın əsərləri səslənib.

Məktəbin şagirdləri Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin əsərlərindən parçalar, Bəxtiyar Vahabzadənin, Vahid Əzizin, Zəlimxan Yaqubun, Məmməd Arazın şerlərini səsləndiriblər.

Gənc ifaçıların çıxışları alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti