...

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 8 May 2018 15:43 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ilk öncə İqtisadiyyat Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin Hökumət Evinin foyesindəki büstünün önünə gül dəstələri qoyub, ulu öndərin 95-ci ildönümünə həsr olunmuş foto-sərgi ilə tanış olub.

Sonra dahi siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən ulu öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirildi. Ümummilli liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı, sahibkarlığın formalaşdırılması, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Artıq dünyada layiqli yerini tutan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzidir. Ölkəmiz davamlı inkişaf edir, siyasi sabitliyi, dayanıqlı iqtisadi inkişafı ilə seçilir.

Sonra İqtisadiyyat Nazirliyinin əməkdaşları Heydər Əliyevin Azərbaycan üçün misilsiz xidmətləri, həmçinin ulu öndərin əsasını qoyduğu gənclər siyasəti barədə məruzələrlə çıxış ediblər.

Sonda İqtisadiyyat Nazirliyinin ümummilli liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlarına partiya vəsiqələri təqdim olunub. Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyinin fəal əməkdaşlarına YAP-nın Səbail rayon təşkilatının Fəxri Fərmanı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti