...

DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılır - Rəngləyirlər

Cəmiyyət Materials 14 May 2018 10:46 (UTC +04:00)
Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılır - Rəngləyirlər

Bakı. Samir Əli - Trend:

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti