...

Sürücülərin nəzərinə! 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır

Cəmiyyət Materials 19 May 2018 10:15 (UTC +04:00)
Bu gün paytaxtda 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır.
Sürücülərin nəzərinə! 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Bu gün paytaxtda 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır.

Belə ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Hörmətlə,

Məqalədə:
Xəbər lenti

Xəbər lenti