...

BNA: Marşrut xətləri üzrə sərnişinlər ödənişsiz daşınacaq

Cəmiyyət Materials 3 İyul 2018 19:35 (UTC +04:00)
İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.
BNA: Marşrut xətləri üzrə sərnişinlər ödənişsiz daşınacaq

Bakı. Samir Əli - Trend:

Təkrar baş verən elektirik kəsintisi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür.

İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.

Agentlik yollarda hərəkətin təhlükəsizliyi üçün bütün sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birlərinə qarşı anlayışlı olmalarını tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti