...

Biləsuvarda qayınata kürəkənini güllələdi

Cəmiyyət Materials 10 İyul 2018 09:37 (UTC +04:00)
Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.
Biləsuvarda qayınata kürəkənini güllələdi

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Biləsuvar şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Valeh Aydın oğlu ailə münaqişəsi zəminində kürəkəni, 1993-cü il təvəllüdlü Babayev Vasif Saleh oğlunu lüləsi kəsilmiş ov tüfəngi ilə güllələyib.

V. Hüseynov daha sonra özünə məxsus "Mercedes" markalı avtomobillə V.Babayevi Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Yaralı dərhal əməliyyat olunub və vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən V. Hüseynov tutularaq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti