...

Təhsil naziri: Ucqar yaşayış məntəqələrində məktəblərin tikintisi sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir

Cəmiyyət Materials 13 İyul 2018 17:19 (UTC +04:00)
Ucqar yaşayış məntəqələrində məktəblərin tikintisi sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir Regionlarda- ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir.
Təhsil naziri: Ucqar yaşayış məntəqələrində məktəblərin tikintisi sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Regionlarda, xüsusən də ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisidir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun Şərif kəndində Natiq Davudov adına tam orta məktəbin yeni inşa edilmiş binasında yaradılan şəraitlə tanış olarkən deyib.

C.Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanıldığını deyən nazir bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilr.

Qeyd edək ki, təhsil müəssisəsinin tikintisinə 2016-cı ilin oktyabr ayında başlanılıb və bu ilin yanvarında şagirdlərin istifadəsinə verilib. 374 şagirdin təhsil aldığı məktəbin ümumi sahəsi 3000 kvadratmetrdən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti