...

"BakuBus": Sürücülərə tapşırmışıq ki, sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər

Cəmiyyət Materials 20 İyul 2018 16:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

"BakuBus"ın istifadəsində olan avtobuslara ev heyvanlarının və içkili sərnişinlərin girişinə qadağa qoyulub.

Trend-in məlumatına görə, bu barədə “BakuBus"MMC-nin direktor müavini Azər Qasımov bildirib.

O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır: "Bu Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslararası intervala təsir edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti