...

Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması olacaq

Cəmiyyət Materials 27 İyul 2018 03:29 (UTC +04:00)
Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək.
Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması olacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək. Trend-in məlumatına görə, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq.

Bildirilir ki, tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna "Qanlı Ay" deyirlər.

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Qeyd edilən tarixdə, həmçinin Mars -Yer qarşıdurması hadisəsi baş verəcək.

Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti