...

Bədii gimnastika üzrə Azərbaycan Çempionatının ikinci gününün mükafatçıları mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 11 Avqust 2018 19:50 (UTC +04:00)
Bu gün Bakıda bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Bədii gimnastika üzrə Azərbaycan Çempionatının ikinci gününün mükafatçıları mükafatlandırılıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, yarışların ikinci günündə 2003-2005, 2006-2007 və 2002-ci il təvəllüdlü gimnastların çıxışları başa çatıb.

2006-2007-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri “Ocaq Sport” klubunun nümayəndəsi Nigar Usubova, ikinci yeri “Ocaq Sport” klubunun nümayəndəsi Zəhra Paşayeva, üçüncü yeri isə “Ocaq Sport” klubunun nümayəndəsi Alina Gözəlova tutublar.

2003-2005-ci il təvəllüdlü gimnastlar arasındada hər üç yeri “Ocaq Sport” klubunun nümayəndəli tutub. Birinci yer - Yelizaveta Luzan, ikinci yer - Arzu Cəlilova, üçüncü yer - Nərminə Səmədova.

2002-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri Zöhrə Ağamirova, ikinci yeri Veronika Qudis, üçüncü yeri isə Darya Sorokina tutublar. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.

Xəbər lenti

Xəbər lenti