...

Mərakeş gəncləri Azərbaycanla tanış olmağa gəlir

Cəmiyyət Materials 21 Avqust 2018 11:05 (UTC +04:00)
Mərakeş gəncləri Azərbaycanla tanış olmağa gəlir.
Mərakeş gəncləri Azərbaycanla tanış olmağa gəlir

Bakı. Trend:

Mərakeş gəncləri Azərbaycana səfərə gəlir.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) yarımbəndinə və Azərbaycanla Mərakeş Krallığının Gənclər və İdman nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən, cari ilin 21-31 avqust tarixlərində Mərakeş gənclərinin Azərbaycana səfəri baş tutacaq.

Təsdiq edilmiş proqrama əsasən qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Şəki şəhərində, Qəbələ, İsmayıllı və Göygöl rayonlarında səfərdə olacaq, bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında görüşlər keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti