...

Bakıda 80 yaşlı lal-kar qadın itkin düşdü

Cəmiyyət Materials 27 Avqust 2018 16:15 (UTC +04:00)
Bakıda yaşlı qadın itkin düşüb.
Bakıda 80 yaşlı lal-kar qadın itkin düşdü

Bakı. Samir Güləliyev - Trend:

Bakıda yaşlı qadın itkin düşüb. Bu barədə Trend-də Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Qəniyeva Karina Vaqif qızı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək onunla birgə yaşayan anası, 1938-ci il təvəllüdlü Qəniyeva Emma Hacıbala qızının avqustun 26-da səhər saat 10 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

E.Qəniyeva eşitmə və dil qüsurludur.

Faktla bağlı Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti