...

Azərbaycanda "Kibertəhlükəsizlik üzrə Milli Strategiya" hazırlanır (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2018 09:47 (UTC +04:00)
Azərbaycanda "Kibertəhlükəsizlik üzrə Milli Strategiya" hazırlanır.
Azərbaycanda "Kibertəhlükəsizlik üzrə Milli Strategiya" hazırlanır (YENİLƏNİB) (FOTO)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda "Kibertəhlükəsizlik üzrə Milli Strategiya" hazırlanır.

Trend-in məlumatına görə, bunu Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi və təşkilatçılığı ilə MDB ölkələrində kibertəhlükəsizlik üzrə ilk regional təlimlərin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini qeyd edib ki, bu istiqamətdə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət qurumları ilə birgə aparılır:

“Həmçinin informasiya təhlükəsizliyi sahəsində işlərin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurası yaradılıb. Bununla yanaşı, həmin sahədə kadr potensialının artırılması üçün ali məktəblərdə kadrların hazırlanması genişləndirilir. Sevindirici haldır ki, bu il Azərbaycanda informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul planı təqribən 7 dəfə artırılaraq 140 nəfərə çatdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti