...

Hazırda havada tozun miqdarı normadan 2,8 dəfə yuxarıdır

Cəmiyyət Materials 5 Sentyabr 2018 18:06 (UTC +04:00)
Hazırda atmosfer havasında müşahidə olunan tozun miqdarı açıqlanıb.
Hazırda havada tozun miqdarı normadan 2,8 dəfə yuxarıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda atmosfer havasında müşahidə olunan tozun miqdarı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 05 sentyabr 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da bir qədər azalaraq sanitar normadan 2,8 dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək ki, bu göstərici saat 15:00-da 3,6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti