...

Metropolitendə mülki müdafiə təlimi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2018 13:53 (UTC +04:00)
Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkil edilməsi, insanların hazırlığının təmin olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin bütün istehsalat sahələrində taktiki-təlim məşğələləri planlı şəkildə və mütəmadi keçirilir.
Metropolitendə mülki müdafiə təlimi keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkil edilməsi, insanların hazırlığının təmin olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin bütün istehsalat sahələrində taktiki-təlim məşğələləri planlı şəkildə və mütəmadi keçirilir. Tədbirlər planına uyğun olaraq, növbəti belə tədbir səhmdar cəmiyyətin idarə aparatının da yerləşdiiyi texnoloji korpusunda baş tutub.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, “Diqqət hamıya” komandası ilə rabitəçilərdən, tibb məntəqəsi, lift sahəsi, mühafizə xidmətinin işçilərindən, elektriklərdən, santexniklərdən ibarət qruplar yaradılan qərargahdan idarə olunmaqla öz sahələrinə aid qurğu və avadanlıqları yoxladıqdan sonra, binada çalışan işçilərin təxliyə prosesinə qoşulublar.

Bütün proseslər müəyyən olunmuş qaydalara uyğun ardıcıllıqla və qısa müddətdə başa çatdırılıb.

"Bakı Metropoliteni" QSC-nin mülki müdafiə qərargahının rəhbərliyi taktiki təlim zamanı bütün birləşmiş dəstə manqalarının fəaliyyətini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti