...

Siyavuş Novruzov: Kimliyindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək

Cəmiyyət Materials 15 Oktyabr 2018 11:57 (UTC +04:00)
Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir.
Siyavuş Novruzov: Kimliyindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov “Dini mərasimlər: tarix, ənənə və hüquq” adlı tədbirdə deyib.

S.Novruzov bildirib ki, mərasimlər elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin, uyğunluq təşkil etsin, israfçılığa yol verilməsin, hər kəs öz imkanına uyğun mərasim keçirə bilsin.

Millət vəkili qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu iştiqamətdə iş aparır, çağırışlar edir: "Artıq Naxçıvanda və bəzi rayonlarda dini mərasimlər sadələşdirilmiş formada keçirilir. Lakin hələ də bir çox rayonlarımızda israfçılığa yol verilir. Bu istiqamətdə iş aparılmalıdır. Cəmiyyəti inandırmalıyıq ki, mərasimlərdə israfçılığa yol vermək lazım deyil, dində də belə bir şey yoxdur. Elə etməliyik ki, insanlar mərasimdən sonra uzun müddət bunun əziyyətini çəkməsin, borc içində qalmasınlar. Azərbaycanda yas mərasimləri əvvəllər 40 gün keçirilirdi, lakin sonra zaman-zaman sadələşdirildi və hesab edirəm ki, bundan sonra da sadələşdirilməlidir”.

Məzarlıqlar haqqında danışan S.Novruzov bildirib ki, bununla bağlı sənəd təsdiq olunmalıdır: “Bu sənəd təsdiq edildikdən sonra maddi vəziyyətindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti