...

Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı təklif edib

Cəmiyyət Materials 17 Oktyabr 2018 20:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı təklif edib.

Trend-in məlumatına görə, bu təkliflə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 8-ci iclası zamanı çıxış edib.

Ölkələr arasındakı əməkdaşlıqdan danışan nazir müavini kənd təsərrüfatı sektorunda da qarşılıqlı əməkdaşlığın yüksək səviyyəsini qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycan Qırğızıstan iqtisadiyyatna 18,8 milyon dollar, Qırğızıstan isə Azərbaycan iqtisadiyyatına 2 milyon dollar investisiya yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti