...

"Report" informasiya agentliyi 4 yaşını qeyd edir

Cəmiyyət Materials 27 Oktyabr 2018 09:27 (UTC +04:00)
"Report" informasiya agentliyi 4 yaşını qeyd edir.
"Report" informasiya agentliyi 4 yaşını qeyd edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün "Report" informasiya agentliyi 4 yaşını qeyd edir.

Trend-in məlumatına görə, “Report-IA” MMC (Report informasiya agentliyi) 2014-cü ildə təsis olunub və əsas veb-resursu olan www.report.az 27.10.2014 tarixdən fəaliyyətə başlayıb.

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. Həmçinin, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Ötən 4 il ərzində agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən bir çox informasiya resursları, o cümlədən, televiziya, radio, qəzet və xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.

Trend informasiya agentliyinin kollektivi "Report"da çalışan həmkarları təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!

Xəbər lenti

Xəbər lenti