...

Azərbaycan Serbiyada sayca ikinci yol layihəsinə başlamağı planlaşdırır (ÖZƏL)

Cəmiyyət Materials 3 Noyabr 2018 16:17 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanın tikinti şikəti "AzVIRT" Serbiyada artıq ikinci iri yol layihəsini reallaşdırmağı planlaşdırır.

Bu barədə özəl olaraq Trend-ə şirkətin aparıcı mütəxəssisi Gülümsər Orucova bildirib.

G.Orucovanın sözlərinə görə, hazırda tərəflər BAYPAS adlı layihə ərafında danışıqlar aparırlar.

Aparıcı mtəxəssis deyib: "Nəzərdə tutulan layihə Serbiyada yol və yol infrastrukturunun tikintisini nəzərdə tututr".

O qeyd edib ki, "AzVirt" Serbiyada ilk layihəni bu ölkə ilə Azərbaycan hökumətləri arasında 2012-ci ildə imzalanmış sənəd əsasında həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti