...

Komitə sədri: Azərbaycanda zorakılığa məruz qalanlar üçün sığınacaqlar ayrılmalıdır

Cəmiyyət Materials 6 Noyabr 2018 13:16 (UTC +04:00)
Azərbaycanda zorakılıq hallarının aşkarlanması ilə bağlı “Qaynar xət”lər yaradılmalı, eyni zamanda belə şəxslər üçün sığınacaqlar ayrılmalıdır.
Komitə sədri: Azərbaycanda zorakılığa məruz qalanlar üçün sığınacaqlar ayrılmalıdır

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda zorakılıq hallarının aşkarlanması ilə bağlı “Qaynar xət”lər yaradılmalı, eyni zamanda belə şəxslər üçün sığınacaqlar ayrılmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Bu təcrübənin bir çox dünya ölkələrində olduğunu nəzərə çatdıran H.Hüseynova qeyd edib ki, məişət zorakılığından əziyyət çəkənlər üçün xüsusi proqramlar nəzərdə tutulmalıdır: “Ölkədə belə şəxslər üçün dövlət yardım mərkəzləri yoxdur. Ölkədə 10 belə qeyri-dövlət mərkəzi var ki, onların da yalnız 2-si daimi fəaliyyət göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti