...

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” aksiyası keçiriləcək

Cəmiyyət Materials 16 Noyabr 2018 17:57 (UTC +04:00)
Noyabrın 17-də Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verəcək.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” aksiyası keçiriləcək

Bakı. Trend:

Noyabrın 17-də Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verəcək.

Trend-in məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş aksiyanın məqsədi gənc nəsil arasında ekoloji mühitin qorunması ilə bağlı maarifləndirməni gücləndirmək və təbiətə qayğı hissi aşılamaqdır.

Bir həftə davam edəcək aksiyada 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiyada şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və başqa ağaclar əkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti