Bakı. Trend:
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi" devizi altında Azərbaycan Gənclərinin VIII Forumunda sağlamlıq imkanları məhdud gənc yazar Mətanət Quliyeva (Qüdsi) da fəal iştirakı və maraqlı çıxışı ilə seçilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, M.Quliyeva nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kursu keçib.
Forumun II panelində spiker kimi çıxış edən M.Quliyeva respublikamızda əlilliyi olan gənclərin nailiyyətlərindən, onların yaradıcılıq imkanlarının dəstəklənməsi üçün aparılan işlərdən danışıb.