...

Yaponiya Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafına ümid edir

Cəmiyyət Materials 22 Noyabr 2018 20:10 (UTC +04:00)
Yaponiya Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafına ümid edir.
Yaponiya Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafına ümid edir

Bakı. Ləman Zeynalova - Trend:

Yaponiya Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafına ümid edir.

Trend-in məlumatına görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teryuki Katori Yaponiya imperatorunun doğum gününə həsr olunmuş tədbirdə bildirib:

"Azərbaycan və Yaponiya müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda əlaqələrin inkişafını təmin edib və əlaqələrin turizm və kənd təsərrüfatı sektorunda da genişlənəcəyinə ümid edirik".

T.Katori qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edir:

"Yaponiya əsasən Azərbaycandan neft və kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirir. İki ölkə arasında ticarət dövriyyəsi ildə bir milyard dollar təşkil edir".

Diplomat deyib ki, 19 illik fasilədən sonra Yaponiya xarici işlər naziri Azərbaycana səfər edib və ölkənin yüksək vəzifəli şəxsləri ilə mühüm danışıqlar aparıb.

Səfir Yaponiyada yeni imperatorun hakimiyyətə gəlişindən sonra Azərbaycanla əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti