Şəkidə Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş film və foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Şəkidə Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş film və foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Şəki. Vüqar İmanov - Trend:

Azərbaycanda görkəmli rejissor və operator, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, "Şöhrət" ordenli, Xalq artisti Rasim Ocaqovun (1933 -2006) 85 illik yubileyi geniş şəkildə qeyd olunur.

Trend-in məlumatına görə, Rasim Ocaqovun doğma şəhəri Şəkidə "Marxal Hotel"də onun 85 illik yubileyinə həsr olunmuş "ŞƏKİ, MƏN SƏNİ SEVİRƏM" qısametrajlı bədii və sənədli filmlər, eləcə də foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Rasim Ocaqovun ailə üzvləri, görkəmli ictimai, incəsənət və elm xadimləri iştirak ediblər. Açılışda qonaqlara Rasim Ocaqovun şah əsərlərini yaratdığı çəkiliş meydançalarından fotoekspozisiya təqdim olundu. Onun operator işləri - "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Sən niyə susursan?", "Bir cənub şəhərində", "Abşeron ritmləri", "Ən vacib müsahibə", "Skripkanın sərgüzəşti", "Ömrün ilk saatı" və rejissor işləri - "Qatır Məmməd", "Tütək səsi", "Ad günü", "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Ölsəm... bağışla", "Təhminə", "Qətldən yeddi gün sonra", "Həm ziyarət, həm ticarət", "Otel otağı" vahid canlı orqanizm kimi ustadın xatirəsini yaşadır. Onun filmlərində təkcə məşhur azərbaycanlı aktyorlar yox, həm də Aleksandr Kalyagin, Yuri Yakovlev, Donatas Banionis, Mixay Volontir, Elina Bıstritskaya, Stanislav Sadalski, İrina Kupçenko, Rodion Naxapetov, Qalina Polskix, Viktor Proskurin, Qalina Belyayeva, Tatyana Lyutayeva və digər məşhur əcnəbi aktyorlar da çəkilib.

Səhnədə Rasim Ocaqovun kinokamerası, səsgücləndiricisi və rejissor kreslosu yer almışdı, qonaqlara "Rasim Ocaqov. Müsahibələr, xatirələr, resenziyalar, məqalələr" kitabı və "Kinorejissor Rasim Ocaqovun qızıl kolleksiyası" kinofilm albomu təqdim olundu. Tədbir boyunca süjet və materiallar, film və çəkiliş meydançalarından foto və video kadrlar, Rasim Ocaqovla müsahibə təqdim olundu.

Tədbirin aparıcısı, əməkdar artist Nərgiz Cəlilova qeyd etdi ki, Rasim Ocaqov Azərbaycan kino sənətinin klassiki və əfsanəvi fiqurudur:

"Onun filmləri milyonların ürəyini fəth edib, filmlərinin qəhrəmanları tamaşaçıların sevimlisinə çevrilib, rejissorun adı isə sonsuz istedadın, ustalığın, peşəkarlığın və kino sənətinə sədaqətin sinoniminə çevrilib. Rejissorun yaradıcılığı ilk növbədə onunla maraqlıdır ki, o, Azərbaycan kinematoqrafiyasına düşüncə azadlığı, yüksək bədii mədəniyyət, həyatın fəlsəfi qavrayışı və maraqlı dramaturgiya həlləri gətirib".

Ən əsası odur ki, o, doğma Şəkini sevirdi və həmişə deyirdi: "Əgər insan Şəkidə doğulubsa, onun bəxti gətirib. Xüsusilə də, əgər o, rejissordursa". Doğma diyara sevgi onun yaradıcılığında da özünü göstərib. Onun "Ad günü" (Azərbaycan Dövlət mükafatına layiq görülüb) və "Həm ziyarət, həm ticarət" filmlərinin qəhrəmanları Şəkidən idi. Şəkililərin Rasim Ocaqova sevgisi də qarşılıqlı idi, onlar bugünədək öz həmyerlilərini minnətdarlıqla xatırlayır, onu Şəkinin fəxri və rəmzi adlandırırlar.

Ailənin adından Altay Həsənov qonaqları salamladı və tədbirin təşkilinə görə minnətdarlığını bildirərək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədovanın, əməkdar incəsənət xadimi Cəmil Quliyevin, "Rasim Ocaqov. Müsahibələr, xatirələr, resenziyalar, məqalələr" kitabına görə əməkdar artist Bəhram Bağırzadənin, "Şəki, mən səni sevirəm" mükafatının müəllifi Emin Məmmədovun, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, tədbirin və Rasim Ocaqov haqqında "Sonrakı ömür" filminin rejissoru Cavid İmamverdiyevin adını xüsusilə qeyd etdi.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Rasim Ocaqovun 85 illiyinin onun doğma torpağında qeyd olunmasının region ictimaiyyəti üçün mühüm hadisə olduğunu qeyd etdi və buna görə Rasim Ocaqovun ailəsinə təşəkkürünü bildirdi:

"Rasim Ocaqovun yenilikçi üslubu və yüksək peşəkarlığı milli kinomuzu məşhurlaşdırıb və kino sənətinin qızıl fonduna daxil olub. Onun filmləri fəal vətəndaşlıq mövqeyini əks etdirir və müasirliyi ilə seçilir. Onun ölümü bizim hamımızı kədərləndirdi, KİV-lər "Kinomuzun döyünən ürəyi dayandı" yazdı. O, bütün qəlbi ilə Şəkiyə bağlı idi. Onun xatirəsi şəkililər üçün əzizdir. Onun evi üzərində xatirə lövhəsi asılıb, mərkəzi meydanların birndə barelyefi ucaldılıb və küçələrdən biri onun şərəfinə adlandırılıb. Sevindirici haldır ki, bu gün Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin təntənəli açılışı baş tutdu. Bu, gənclərin inkişafına öz töhfəsini verəcək. Rasim Ocaqovun işıqlı xatirəsi ürəklərimizdə yaşayacaq".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova tədbirdə bildirdi ki, Rasim Ocaqovun filmlərində çəkildiyi və yüksək mükafatlara layiq görüldüyü üçün özünü xoşbəxt hiss edir. O, "Ad günü" və "İstintaq" filmlərinə görə, müvafiq olaraq Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb:

"Milli kinematoqrafiyada ada var - Rasim Ocaqov kinosu. Biz bu film və qəhrəmanlarla birgə yaşamışıq və bu mənim həyat və yaradıcılığımın ən xoşbəxt günləri olub. Rasim Ocaqov layiqli və ədalətli həyat yaşayıb, dünya sərvəti onun üçün yad idi və yalnız kino onun əsas sərvəti idi. O, kinomuzun nəbzi, irəli aparan qüvvəsi, öz dövrünün siması olub. Rasim Ocaqov heç vaxt sönməyəcək yanan ocaqdır, çünki onun filmləri sevilir və seviləcək. Rasim Ocaqov hər zaman bizimlə olacaq!"

2017-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən kinematoqrafiya sahəsində təhsil alanlara təqdim edilən Rasim Ocaqov adına təqaüd təsis edilib. 2017-ci ildə təqaüdə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, birinci qrup əlil Masər Həsənov (Eldar Quliyevin emalatxanası), 2018-ci ildə həmin universitetin tələbəsi Rəhman Allahverdiyev (Vaqif Mustafayevin emalatxanası) layiq görülüb.

Daha sonra səhnəyə öz ilk baş rolunu 1977-ci ildə Rasim Ocaqovun "Ad günü" filmində oynadıqdan sonra milyonların sevimlisinə çevrilmiş aktyor, Xalq artisti Hacı İsmayılov dəvət olundu. O, daha sonra rejissorun daha dörd filmində - "Bağlı qapı", "Özgə həyat", "Ölsəm... bağışla", "Həm ziyarət, həm ticarət" filmlərində çəkilib. O, "Ad günü" və "Həm ziyarət, həm ticarət" filmlərində şəkili obrazını yaradıb. Aktyor səhnədə bu filmlərdən Şəki ləhcəsi ilə improvizə səhnəciklər nümayiş etdirdi və qonaqların alqışına səbəb oldu:

"Rasim Ocaqovun yaradıcı həyatında necə də mənəvi böyüklük var idi! Onun peşəkarlığı və dünyagörüşü, intellekti və həyat təcrübəsi sözlə təsvir olunan deyil. Bütün rollarını o, özü yaradır və onlarla nəfəs alırdı. Şəkiyə sevgisini isə o, əbədi olaraq qəlbimə həkk etdi. O, mənim Müəllimim idi və mənim üçün o, hələ də yaşayır. Ona görə də deyirəm, Rasim müəllim, 85 yaşınız mübarək!"

Tədbirdə iştirak edən, Rasim Ocaqovun "Qətldən yeddi gün sonra", "Park", "Təhminə", "Otel otağı", "Ölsəm... bağışla" fimlərində çəkilmiş xalq artisti Fəxrəddin Manafov onu kinematoqrafiyada öz atası hesab etdiyini bildirdi:

"Rasim Ocaqovun filmlərinin milli kinematoqrafiyada dəyəri sonsuzdur. O, milli mədəniyyətin elə bir klassiklərindəndir ki, onun sayəsində milli və müasir kino mövcuddur. Və əgər mən bu prosesə kiçik töhfəmi verə bilmişəmsə, özümü xoşbəxt hiss edə bilərəm".

SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, fotoqraf və kinooperator Rafiq Qəmbərov Rasim Ocaqovun bir çox filmini çəkib. O bildirdi:

"Mənim ürəyim emosiya və xatirələrlə doludur. Mən Rasim Ocaqovun ailəsinə və Şəki şəhər İcra Hakimiyyətinə bu tədbirin keçirilməsinə görə minnətdarlığımı bildirmək istəyirəm. Rasim Ocaqov fotoqrafiyanı çox sevirdi. O, fotoçəkilişləri o qədər istedadla edirdi ki, Rusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxi olarkən onun işləri qəbul komissiyasını heyrətləndirmişdi. Mənim üçün uzun illər Rasim Ocaqovla işləmək, onun filmlərini çəkmək böyük şərəf idi".

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev qeyd etdi ki, bütün gənc kinematoqrafçılar Rasim Ocaqovdan öyrənmək istəyirdi:

"Rasim Ocaqov gənclər arasında böyük nüfuza malik idi, həmişə kömək göstərirdi. Fikrimcə, Rasim Ocaqov kinematoqrafiyamıza insanların taleyi üçün ürək ağrısını gətirib. Onun ürəyinin ağrısı filmlərdə, gələcək həyat barədə düşünməyə vadar edən əsərlərdə əks olunub".

Tədbirdə Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilmiş "Şəki, mən səni sevirəm" qısametrajlı bədii və sənədli filmlər, foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd etdi ki, layihənin məqsədi Rasim Ocaqov irsinin təbliği, istedadlı kinematoqrafçı və fotorəssamların üzə çıxarılması, eləcə də Şəki şəhərinin mədəniyyət və tarixinin təbliğ olunmasıdır. Müsabiqə "Ən yaxşı qısametrajlı bədii film", "Ən yaxşı qısametrajlı sənədli film", "Ən yaxşı foto işi" nominasiyalarında keçirilib:

"Müsabiqəyə 40-dan çox film və 20-dən çox foto işi təqdim olunmuşdu. Münsiflər heyətinə xalq artistləri Eldar Quliyev, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, Rafiq Qəmbərov və mən daxil idik. Bu mükafatlar rəmzidir və bütün gənc istedadlara təqdim olunacaq. Çünki Rasim Ocaqov hər zaman gəncləri dəstəkləyirdi, onların arasında mən də var idim. O, mənim iki filmimin bədii rəhbəri olub və təvazökarlıqdan öz adının titrlərdə getməsini istəməyib. Rasim Ocaqovun xatirəsi qarşısında baş əyirəm".

Qeyd edək ki, "Ən yaxşı foto işi" nominasiyasında Azər Cəfərov və Nigar Pirimova, "Ən yaxşı qısametrajlı bədii film" nominasiyasında Tahir Əliyev, "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasında Rəşad Qasımov və Tacəddin Quliyev qalib gəlib.

Tədbir təntənəli ziyafətlə davam edib, rejissorun filmlərindən musiqi əsərləri səsləndirilib, dostlar və həmkarlar xatirələrini bölüşüblər.

Şəki, mən səni sevirəm!

“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Loading Bars
Xəbər lenti
Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır - MN
İbrahim Kalın koronavirusa yoluxduğunu deyib
İzmirdə zəlzələ nəticəsində 37 nəfər həlak olub - Ərdoğan
Elçin Əmirbəyov Hindistan KİV-lərinə: Ermənistanın Azərbaycan əraziləri işğal etməsinə son qoyulacaq
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)
Gürcüstan parlament seçkilərində səsvermə proseduru başa çatıb
Diyanət İşləri Başqanlığından “Charlie Hebdo” jurnalına etiraz bildirib
Şotlandiyada erməni terroruna qarşı etiraz aksiyası keçirilib (FOTO)
İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib (FOTO)
Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük
İşğaldan azad edilən ərazilərdə geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq
Bərdə hadisəsi Ermənistanın tarix boyu gerçəkləşdirdiyi terror siyasətindən əl çəkmədiyini göstərir - Tarixçi
Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib
Minsk qrupu özünü doğrultmadı…
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 31.10.2020 tarixli bölüm
Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair QHT-lərin BƏYANATI
Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır
İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - ETSN
Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti – İşğaldan azad olunmuş Vejnəli qızıl yatağı (VİDEO)
Ermənistanın təxribatları nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb - Baş Prokurorluq
Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN
Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi
Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov
Həmsədrlərin müraciətindən sonra da Ermənistan yaşayış sahələrinə zərbələr endirir - XİN
Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov
Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib
Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir - Leyla Abdullayeva
Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir
Erməni təcavüzü nəticəsində Azərbaycanda neçə dini obyekt zərər görüb? - RƏSMİ
Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI (FOTO)
Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib (FOTO)
Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
Cenevrə görüşlərinin keçirildiyi gün Azərbaycanın rayonlarına 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Ali Məhkəmə beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı terrorunu qətiyyətlə pisləməyə çağırıb
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - MN
Azərbaycanda 1095 nəfər COVID-19-a yoluxdu, 547 nəfər sağaldı, 12 nəfər vəfat etdi
Ermənistanın terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələr və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb
İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb
Ermənistanın mülki insanları kütləvi şəkildə qətlə yetirməsi davamlı hal almaqdadır - Aydın Quliyev
Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO)
Avstraliyada Türkiyənin Cümhuriyyət bayramı münasibətilə keçirilən tədbirdə erməni terroru pislənilib (FOTO)
Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq - Rus icmasının sədri ( FOTO)
Tailandda erməni terrorunun qurbanları yad edilib (FOTO)
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət edib
Azərbaycan Prezidenti: Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır
Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verilib (FOTO)
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir - Prezidentin köməkçisi
Cenevrə görüşü Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır - Politoloq
Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir - Hikmət Hacıyev
Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dini müstəviyə keçirmək niyyəti onun son ümidlərindən biridir - Ekspert
Azərbaycan Prezidenti: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir
Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev: Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur
Azərbaycan Prezidenti: Müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin
Prezident İlham Əliyevdən jurnalistin türk əsgərləri ilə bağlı iddiasına cavab: Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz
Prezident İlham Əliyevdən jurnalistin demokratiya ilə bağlı sualına cavab: Avropada etirazçıları necə döydüyünüzə baxırıq
Prezident İlham Əliyev: Bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir
İzmirdə daha 100 nəfər dağıntıların altından xilas edilib
Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır- MN
Azərbaycan Prezidenti: Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq
Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik
Ermənistandan pomidor idxalı dayandırıla bilər - Rusiya xəbərdarlıq etdi
Azərbaycan Prezidenti: Biz dəyişdik reallıqları, indi onlar bunları nəzərə almalıdır
Prezident İlham Əliyev: Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik
Prezident İlham Əliyev: Bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi
Azərbaycan Prezidenti: Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik
Prezident İlham Əliyev: Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər
Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi (FOTO)
Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq - İsrailin Diaspor İşləri naziri
Noyabrın ilk günü hava necə olacaq?
Gürcüstanda parlament seçkiləri normal qaydada davam edir - Arzu Nağıyev (FOTO)
Ceyhun Bayramov: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
Ermənistana təhvil verilmiş 85 yaşlı qadın bu ölkədə psixoloji və fiziki işgəncələrə məruz qalıb - Hikmət Hacıyev
Ermənistanda növbəti antirekord: Koronavirusdan bir gündə 41 nəfər öldü
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
Bakı sakini küçədə bıçaqlandı
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - MN
Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır - Hikmət Hacıyev
Ceyhun Bayramov BQXK-nın baş direktoru Roberto Mardini ilə görüşüb
Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir - Piter Teys
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - MN
Abşeronda ər arvadını xüsusi amansızlıqla öldürdü
Gürcüstanda parlament seçkiləri keçirilir
Azərbaycan işğaldan azad etdiyi ərazilərində normal həyat qurmağa başlayır
Düşmənin saxta xəbərlərini şikayət edə biləcəyiniz sayt yaradılıb
İzmirdə daha bir zəlzələ
Hər bir azərbaycanlının əbədi qürur duyacağı Komandan
Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb
Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub
Braziliyada bir gündə koronavirusa 22 282 nəfər yoluxub
Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb - MN
Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur - MN
Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb
Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub - MN
Bütün xəbərlər