...

Astarada canavar 7 sakinə hücum etdi, yaralılar xəstəxanada

Cəmiyyət Materials 29 Noyabr 2018 14:27 (UTC +04:00)
Astara rayonunun Şuvi və Zəngüləş kəndlərinə canavar hücum çəkib.
Astarada canavar 7 sakinə hücum etdi, yaralılar xəstəxanada

Bakı. İlhamə İsabalayeva - Trend:

Astara rayonunun Şuvi və Zəngüləş kəndlərinə canavar hücum çəkib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb. Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini, 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.

Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti