...

Gürcüstan və Ermənistandan axıdılan çirkab sular nəticəsində bu çaylarda biogen çirkləndiricilərin miqdarı normadan çox olub

Cəmiyyət Materials 13 Dekabr 2018 19:51 (UTC +04:00)
Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayında növbəti monitorinq həyata keçirilib.
Gürcüstan və Ermənistandan axıdılan çirkab sular nəticəsində bu çaylarda biogen çirkləndiricilərin miqdarı normadan çox olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayında növbəti monitorinq həyata keçirib. Monitorinqlə bağlı Trend-ə verilən məlumata görə, dekabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının III ongünlüyünə nisbətən 11 m3/san artaraq 235 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.

Dekabr ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2,5, Ağstafaçayda-Qazax şəhərində 2,2, Ağstafa su anbarı Musaköy kəndində 1,6, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2,1-2,4, biogen maddələrdən nitritlərin miqdarının isə 1,5-1,8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,87-6,87 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti