...

Şərqşünaslıq İnstitutunun 60 illik yubileyinə həsr olunmuş kitab nəşr olunub

Cəmiyyət Materials 14 Dekabr 2018 11:21 (UTC +04:00)
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda bu elm müəssisəsinin 60 illik yubileyinə həsr olunmuş kitab nəşr olunub.
Şərqşünaslıq İnstitutunun 60 illik yubileyinə həsr olunmuş kitab nəşr olunub

Bakı. Trend:

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda bu elm müəssisəsinin 60 illik yubileyinə həsr olunmuş kitab nəşr olunub.

Trend-in məlumatına görə, “AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 60 ildə” adlı nəşrin redaksiya heyətinə akademik Gövhər Baxşəliyeva, akademik Şahin Mustafayev, f.ü.f.d. Səbinə Səlimova, f.ü.f.d. Ruhəngiz Cümşüdlü və f.ü.f.d. Vüqar Məmmədov daxildirlər.

Kitabda Şərqşünaslıq İnstitutunun 60 illik fəaliyyəti barədə ətraflı bəhs edilir. İnstitutda hal-hazırda fəaliyyət göstərən İran tarixi və iqtisadiyyatı, Cənubi Azərbaycan, Türkiyə tarixi və iqtisadiyyatı, Ərəb ölkələri tarixi və iqtisadiyyatı, İran filologiyası, Türk filologiyası, Ərəb filologiyası, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri, Din və ictimai fikir tarixi, Şərq-Qərb, Nəşriyyat və elmi informasiya təminatı, Mərkəzi Asiya ölkələri, Asiya-Sakit Okean regionu ölkələri şöbələri haqqında ayrı-ayrılıqda geniş məlumat verilir.

Nəşrdən Şərqşünaslıq İnstitutunun elmi tədqiqat işləri, təşkil etdiyi konfrans və simpoziumlar, institutun beynəlxalq əlaqələri, xarici ölkələrin akademik qurumları ilə bağladığı sazişlər, institutun alimlərinin yüksək səviyyəli təltifləri və s. barədə məlumat almaq olar.

Sonda Şərqşünaslıq İnstitutunda 60 il ərzində nəşr olunmuş monoqrafiya və kitabların, məqalə toplularının siyahısı təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti