...

Hava ilə əlaqədar yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ

Cəmiyyət Materials 16 Yanvar 2019 14:08 (UTC +04:00)
Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Hava ilə əlaqədar yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.

Təhsil nazirinin sektor müdiri Cəsarət Valehov bildirib ki, bütün təlim-tərbiyə işlərinin təxirə salındığı müəssisələrə bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri daxildir. Eyni zamanda istər dövlət, istər özəl təhsil müəssisələri, istərsə də uşaq bağcaları da bu siyahıya daxildir:

"Məktəblərdə keçiriləcək tədbirlərə orta ixtisas, ali məktəblərdə istənilən növ tədris tədbirləri - dərs, imtahan, kollokvium və sair daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti