...

AMEA-nın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi

Cəmiyyət Materials 16 Yanvar 2019 15:28 (UTC +04:00)
AMEA Rəyasət Heyəti Aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri Səbuhi Qəhrəmanov AMEA-nın “Elm” nəşriyyatına direktor təyin edilib.
AMEA-nın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Rəyasət Heyəti Aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri Səbuhi Qəhrəmanov AMEA-nın “Elm” nəşriyyatına direktor təyin edilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, S.Qəhrəmanov 2009-cu ildə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisasının baka­lavriat pilləsini, 2012-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

O, 2011-ci ildə AMEA-nın “Elm” nəşriyyatında əmək fəaliyyətinə başlayıb, 2014-cü ilədək ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib. 2015-ci ildən 2019-cu ilədək AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti