...

“20 Yanvar” bizim qəhrəmanlıq səlnaməmizdir (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2019 16:14 (UTC +04:00)
20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib.
“20 Yanvar” bizim qəhrəmanlıq səlnaməmizdir (FOTO)

Bakı. Trend:

Bu gün Respublika Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Abşeron rayon filialının təşkilatçılığı ilə 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, tədbir Xırdalan Şəhidlər xiyabanını ziyarət etməklə başladı.

Abşeron rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin nümayəndələri, Əlillər və veteranlar Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərimizin ruhuna dualar oxudular. QMƏVŞAİB-nin Abşeron rayon filialının sədri Xudakərim Əhmədov tədbiri giriş sözü ilə açdı. O, qeyd etdi ki, 1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq səhifələrindəndir. Onlar şəhid olmaqla müstəqillik və azadlıq yolunda bizlərə bir yol açdılar. 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr əsrlər boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Tədbirdə iştirak edən digər çıxışçılar - Qarabağ qazisi Kamil Şirinov, Aydın Quliyev, Vüqar Əsgərov, Azərbaycan Bayrağı Ordenli Bilal Məmmədov baş vermiş faciəni törədənləri pisləyərək, bu hadisəyə Beynəlxalq səviyyədə hüquqi qiymət verilməsini istədilər. 1992-1994-cü illərdə Əfqanıstandan gəlib torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn və Xırdalan şəhər məzarlığında dəfn olunanlar da unudulmadı. Onların da məzarları ziyarət edilərək ruhlarına dualar oxundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti