...

AYB Gəncə Bölməsində Xocalı soyqırımının anım günü keçirilib

Cəmiyyət Materials 25 Fevral 2019 18:42 (UTC +04:00)
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə Bölməsinin təşkilatçılığı ilə Xocalı soyqırımının anım günü keçirilib.
AYB Gəncə Bölməsində Xocalı soyqırımının anım günü keçirilib

Bakı. Trend:

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə Bölməsinin təşkilatçılığı ilə Xocalı soyqırımının anım günü keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə AYB Gəncə Bölməsinin sədri Xəzangül xanım açıb. O söyləyib ki, öz dəhşəti ilə bəşəriyyətə yönəlmiş bu faciə tarixin yaddaşında əbədi olaraq həkk olunub: "Xocalı soyqırımı insanlığa, uşaqlara, qadınlara, qocalara qarşı rəhmsizcəsinə verilən ölüm hökmüdür. Bu elə zülm, elə ölümdür ki, bu vəhşiliyə hansısa adı verməyə çətinlik çəkirsən. Xocalı soyqırımına artıq dünya dövlətləri də dəstək verir. Xocalı faciəsinin bəşəri bir faciə olduğu qəbul edilir".

Şair İmamverdi Məmmədov Xocalı soyqırımının Azərbaycan xalqına qarşı edilən xəyanətin ən ifrat nöqtəsidir: "Biz bu faciəni aşağı siniflərdən başlamış yuxarı siniflərə qədər, ümumiyyətlə, bütün gənclərin arasında təbliğ etməkliyik".

Şair Aləmzər Əlizadə bildirib ki, Xocalı faciəsi zaman keçdikcə dərin bir yara kimi Azərbaycan xalqının qəlbində qövr edəcək və heç zaman yaddan çıxmayacaq.

Fatimə İmamquliyeva və Minayə Abdullayeva Xocalıya həsr olunmuş şeirlərini oxuyublar.

Sonra şair və yazıçılardan Fərruxə Umarova, Sahib İbrahimli, Saleh Qurbanov, Bayram Göyçəli, Gülnar Hüseynova, Cahandar Aybər və başqaları Xocalı faciəsi haqqında ürək ağrısı ilə öz təsirli sözlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti