...

İlahiyyat İnstitutunda ilk dərslər Xocalıya soyqırımına həsr olunub (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2019 14:20 (UTC +04:00)
Bu gün ilk dərslər Xocalı soyqırımına həsr olunub
İlahiyyat İnstitutunda ilk dərslər Xocalıya soyqırımına həsr olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı sərəncama və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na əsasən bu gün ilk dərslər Xocalı soyqırımına həsr olunub.

Aİİ-dən Trend-ə verilən məlumata görə, müəllimlər 27 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini tələbələrlə bölüşən müəllimlər şəhid olmuş günahsız insanların həmişə ehtiramla yad ediləcəyəni diqqətə çatdırıblar.

Dərslərdə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə müxtəlif fotolar, məlumatlar, faciəni özündə əks etdirən sənədli filmlər nümayiş etdirilib.

Azərbaycan İlahiyyat İnstitutu tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının yad edilməsi məqsədilə ardıcıl silsilə tədbirlər həyata keçirir.

Qeyd edək ki, ali təhsil müəssisəsində 18 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən lentə alınan “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti