...

İsmayıllıda inşa olunan yeni xalça istehsalı emalatxanası binasının tikintisinə baxış olub (FOTO)

Cəmiyyət Materials 16 Mart 2019 15:14 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 avqust 2018-ci il tarixli sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon (iki milyon dörd yüz min) manat vəsait ayrılıb.

Ötən ilin sonlarında İsmayıllıda “Azərxalça”nın yeni filial binasının tikintisinə başlanılıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 15-də Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov İsmayıllıda tikinti işlərinin gedişi ilə maraqlanıb.

"EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən binada tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Xalça istehsalı emalatxanasının 2019-cu ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

Baxış zamanı tikinti işlərinin daha da sürətləndirilməsi və keyfiyyətlə aparılması barədə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti