...

Dünən sosial şəbəkələrdə yayılan VİDEO ilə bağlı 5 nəfər saxlanıldı

Cəmiyyət Materials 1 Aprel 2019 12:59 (UTC +04:00)
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Dünən sosial şəbəkələrdə yayılan VİDEO ilə bağlı 5 nəfər saxlanıldı

Bakı. Samir Əli - Trend:

Martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb.

Videogörüntü geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər. İstifadələrində olan “Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti