...

Azərbaycanda kreditlərin faiz dərəcəsini azaltmaq təklif olunur

Cəmiyyət Materials 4 Aprel 2019 14:00 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsini azaltmağı təklif edir.

Trend-in məlumatına görə, bunu Palatanın nümayəndəsi Aytən Məmmədova Bakıda “Fitch Ratings” agentliyinin illik konfransında deyib.

Onun sözlərinə görə, təklif hələ ki müzakirə mərhələsindədir.

A.Məmmədova həmçinin qeyd edib ki, Azərbaycanda keçirilən islahatlar iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərib.

O əlavə edib ki, ölkədə sabit makroiqtisadi mühit, balanslaşdırılmış bank sektoru mövcuddur. Bununla yanaşı, ölkədə milli valyutada əmanətlər ildən-ilə artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti