...

“İlahiyyatçı” qəzetinin mart buraxılışı nəşr olunub

Cəmiyyət Materials 10 Aprel 2019 14:45 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin mart buraxılışı çap olunub.
“İlahiyyatçı” qəzetinin mart buraxılışı nəşr olunub

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin mart buraxılışı çap olunub.

Aİİ-dən Trend-ə verilən məlumata görə, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə göndərdiyi təbrik məktubu yer alıb.

Qəzetin ikinci səhifəsində “Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki” dərc olunub.

Mətbu orqanın 3-4-cü səhifələrində 5 mart 2019-cu il tarixdə Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfrans haqqında geniş yazı yer alıb.

“İlahiyyatçı” qəzetinin mart buraxılışında, həmçinin İnstitutun rektoru Ceyhun Məmmədovun “Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin strateji istiqamətlərindən biridir”; “Azərbaycan elmi dünyaya uğurla inteqrasiya edir”; Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinovun “Tarix və reallıq kontekstində yas mərasimləri”; dosent Anar Qafarovun “Soyqırımı və terror: mövcudluğumuza və kimliyimizə vurulan zərbə kimi”; İnstitutun əməkdaşı Şahin Ələsgərovun “Bədii ədəbiyyat və tolerantlığın tərbiyə edilməsi” mövzusunda məqalələri dərc olunub.

Mətbu orqanın müxtəlif səhifələrində “...Bəşəriyyət qadınla yüksələcək”; “Bahar nə xoş gəlir ruha dad verir” başlıqlı məqalələr yer alıb. 26 fevral Xocalı soyqırımı və 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunub”; “Türkiyənin “Anadolu” xəbər agentliyi və “Millət” qəzeti yazır...”; “Küveytin “əl-Müctəma” jurnalının səhifələrində”; “Soyqırımı Gününə həsr edilmiş “dəyirmi masa” başlıqlı yazılar bu qəbildəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti