...

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2019 21:09 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub.
BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir (FOTO)

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan Trend-ə verilən məlumata görə, səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor Elçin Babayev BDU-nun təhsil, elm, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə Türkiyə universitetləri və digər qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

Səfir öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb və səfirliyin bütün bu məsələlərə dəstək olacağını bildirib.

Görüşdə Mövlanə mübadilə proqramı, ikili diplom, birgə proqram, qrant və startaplar, qarşılıqlı tanışlıq, təcrübə mübadiləsi, Türkiyə festivalının keçirilməsi kimi məsələlər də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti