...

YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2019 19:55 (UTC +04:00)
YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib (FOTO)

Bakı. Trend:

YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önunə qızıl gül dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, partiyanın Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov bildirib ki, ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əiyevin adı ilə bağlıdır.

Azərbaycan gəncliyinə diqqət və qayğının davamlılığının nəticəsidir ki, hazırda onlar ictimai həyatın bütün sferalarında fəal iştirak edir, cəmiyyətin avanqard qüvvəsinə çevriliblər. Azərbaycan gənclərinin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi təbii ki, ulu öndər Heydər Əliyevin Azərbaycanı gələcəkdə müstəqil ölkə kimi görmək istəyindən qaynaqlanırdı. Azərbaycan müstəqillik qazandıqdan, ən əsası ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. 1997-ci ildə imzalanan Sərəncamla gənclərin I Forumunun keçirildiyi tarix, 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi.

D.İbrahimxəlilov bildirib ki, son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin ölkəmizdə «Gənclər ili» elan edilməsi bu qayğının bariz nümunələrindəndir.

YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri Zeynal Əsgərov IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

YAP Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan gəncliyinin potensial imkanlarının ortaya qoyulması üçün dövlətin göstərdiyi diqqət və qayğıdan geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, sıralarını gündən-günə kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasında gənclərə fəaliyyətlərini daha da genişləndirmələri üçün lazımi şərait yaradılıb.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin söylədiyi «Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər» fikirlərini önə çəkərək bildirib ki, bu gün gənclərimiz bütün sahələrdə fəallıq nümayiş etdirir, yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini verirlər. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında böyük çoxluq təşkil edirlər. Partiyanın 730 mindən artıq üzvünün 40 faizdən çoxunu gənclər təşkil etməsi onların ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlərinin, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərinin, onun ətrafında sıx birləşərək gələcəyə daha böyük inamla baxmalarının göstəricisidir.

Milli Məclisin deputatı Azər Badamov gənclərin inkişafına xidmət edən Dövlət proqramlarının qəbulunu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılmasını, «Gənclər üçün Prezident Mükafatı»nın təsis edilməsini, Elmin İnkişafı və Gənclər Fondunun yaradılmasını onlara göstərilən diqqətin göstəricisi kimi qeyd edib.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış gənc nəslin dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensiallarını artırmaq üçün daha geniş imkanlar əldə etdiklərini diqqətə çatdırıb.

Sonra təşkilatı məsələlərə baxılıb. Nahid Hacıyev YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. YAP Qusar rayon təşkilatı Gənclər Birliyi Şurasının tərkibi müəyyənləşib. YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Konfransda YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri, fəal gənclərə Fəxri fərman təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti