...

Bakıda ilk dəfə gənc aşpazlar arasında Barbekü Festivalı keçiriləcək

Cəmiyyət Materials 29 Aprel 2019 12:13 (UTC +04:00)
Gənc aşpazlar arasında birinci BBQ (Barbekü) Festivalı keçiriləcək.
Bakıda ilk dəfə gənc aşpazlar arasında Barbekü Festivalı keçiriləcək

Bakı. Trend:

Mayın 2-də saat 12.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan gənclərin peşə bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək məqsədilə AS idea MMC təşkilatçılığı ilə gənc aşpazlar arasında birinci BBQ (Barbekü) Festivalı keçiriləcək.

Festivalda aşpaz peşəsi üzrə kadr hazırlığı aparılan Peşə Təhsili Mərkəzlərinin tələbələrinin (7 peşə təhsili müəssisəsi olmaqla, 3+1) iştirakı nəzərdə tutulub.

Lahiyə rəhbəri - Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının səfir aşpazı, Suriya Aşpaz cəmiyyətinin üzvü, Qərbi Afrika Aşpazlar Asosasiyasının fəxri uzvü İlkin Əkbərzadə. Münsiflər heyətinin sədir - Usta aşpaz , Azərbaycanın fəxri turizm işçisi, Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının üzvü, Beynəlxalq kulinariya “De Comandant Chevaliers” Federasiyasının Azərbaycan filialının vitse-prezidenti Anar Qasımov.

Münsiflər:

Anar Qasımov - sədr, Hardouin Atlan Jan Mişel (Fransa), Borja Ontanon Corro (İspaniya), Bassel Abou Faxer (Suriya), Ceyran Əsgərova, Tahir Manafov, Ağa Salamov.

Təşkilatçılar ət yeməklərinin dequstasiyası və master-klasslar keçirəcəklər.

Sonda qaliblərə sertifikat, kubok, medal,təşəkkürnamə təqdim olunacaq.

Ünvan: Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi. Xətai rayonu, Məshəti küç. 3 (5 nömrəli Bakı Peşə Liseyi)

Tərəfdaşlar: SR Chemical, Food-Port şirkəti, Sun GrapHics,

İnformasiya dəstəyi - Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti