...

Baş həkim: Avtobus qəzası nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib

Cəmiyyət Materials 8 May 2019 16:48 (UTC +04:00)
Şəmkir rayonunda sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.
Baş həkim: Avtobus qəzası nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. Samir Əli - Trend:

Şəmkir rayonunda sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov deyib.

Baş həkim bildirib ki, hazırda xəstələrdən 4 nəfər reanimasiyada, 5-i isə palata şəraitində müalicə olunur: "Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Xəsarət alanlardan 1-nin vəziyyəti ağır, qalanların vəziyyəti orta ağırdır".

Xatırladaq ki, Şəmkir rayonu ərazisində, Şəmkir-Qaracəmilli yolunda hərəkətdə olan sərnişin avtobusu idarəetməni itirərək aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti