...

Külək Göyçayda 5 mərtəbəli yaşayış binasının dam örtüyünü atıb

Cəmiyyət Materials 21 May 2019 09:16 (UTC +04:00)
Ölkə ərazisində baş verən külək nəticəsində Göyçay rayonuna dəymiş ziyan müəyyənləşib.
Külək Göyçayda 5 mərtəbəli yaşayış binasının dam örtüyünü atıb

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində baş verən külək nəticəsində Göyçay rayonuna dəymiş ziyan müəyyənləşib.

Bu barədə Trend-ə Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev deyib.

Komissiya sədri bildirib ki, hadisə nəticəsində külək onlarla ağacı qırıb:

"Külək rayon ərazisində olan 5 mərtəbəli yaşayış binasının 2800 kvadratmetrlik dam örtüyünü atıb. Bununla yanaşı, külək 900 metrlik elektrik xətti, 1 transformator, 3000 metr kabel xətti, elektrik dirəklərini yararsız vəziyyətə salıb. İki irigövdəli ağac kökündən qırılaraq rayon ərazisindəki 1 çardaq və bir avtomobil qarajının üzərinə düşərək yararsız vəziyyətə salıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti