...

Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub - "Azərişıq”dan AÇIQLAMA

Cəmiyyət Materials 28 May 2019 16:33 (UTC +04:00)
Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub
Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub - "Azərişıq”dan AÇIQLAMA

Bakı. Samir Əli - Trend:

Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub.

Bunu Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, leysan yağışları qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradıb:

“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti