...

Heydər Əliyev Mərkəzində Rusiyanın İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının 3 günlük konserti başa çatıb (FOTO)

Cəmiyyət Materials 1 İyun 2019 23:45 (UTC +04:00)
Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində 3 günlük konserti proqramına yekun vurub
Heydər Əliyev Mərkəzində Rusiyanın İ.Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının 3 günlük konserti başa çatıb  (FOTO)

Bakı. Trend:

Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində 3 günlük konserti proqramına yekun vurub.

Trend-in məlumatına görə, bu, dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışı idi.

Azərbaycan mədəni həyatında mühüm hadisə olan proqram böyük tamaşaçı rəğbəti qazanıb.

Konsert proqramında XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” Azərbaycan rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiətilə “Araqon Hota”, argentinalı çobanların “Qauço” rəqsi, əfsanəvi “Alma” rəqsi və s. nömrələr təqdim edilib. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edib.

Qeyd edək ki, konsert SOCAR və “Qazprombank”ın dəstəyi ilə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti