...

Daha 1017 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Cəmiyyət Materials 18 İyun 2019 13:20 (UTC +04:00)
Birdəfəlik ödəmə ilə təminat proqramı artıq 85,4 faiz icra olunub
Daha 1017 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Bakı. Trend:

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, bu günədək artıq 10 472 şəhidin 15 498 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 85,4 faiz icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti